6 yaşlı Cahandar: “Təyyarədən tullanıb düşürsən Şuşaya” – Müsahibə

6 yaşlı Cahandar:  “Təyyarədən tullanıb düşürsən Şuşaya” – Müsahibə
1 iyul 2022
# 09:00

Kulis.az “Uşaq sözü” layihəsindən 6 yaşlı Cahandarla müsahibəni təqdim edir.

– Salam, Cahandar, necəsən?

– Yaxşıyam.

– Nə yaxşı adın var sənin.

– Anam kinodan qoyub. Bəy adıdır.

– Neçə yaşın var?

– 6.

– Məktəbə gedirsən?

– Hələ yox. Hazırlaşıram.

– Nə edirsən ki?

– Heç nə. Gözləyirəm ki elə məktəb başlasın. Gizlənqaç oynayıram.

– Kiminlə?

– Qardaşımla.

– Qardaşın məktəbə gedir bəs?

– Hə, gedir. Amma dərslərini oxumur. Bütün gün mənimlə dalaşır.

– Nəyi bölüşə bilmirsiz?

– Televizora ancaq o baxır. Qoymur mən də baxım. Pultu götürürəm, deyir ki, “pultu görüm, pultu görüm, pultu görüm”.

– Televizorda nəyə baxır ki?

– Mənim xoşlamadığım şeylərə.

– Nəyi xoşlayırsan, cizgi filmlərini?

– Yox e, yox. Videolara baxıram ancaq. Enes Batura, Orkun Işıtmaka. Fatih Can Aytanın oyunlarına da baxıram.

– “Minecraft” da oynamısan onda.

– Hə, oynamışam. “Elmas”lar toplayırdım, yeri qazırdım, gedib şeylər alırdım. Amma “Minecraft” videolarına baxmıram.

– Cahandar, artıq yay başlayıb, hara gedəcəksən?

– Dənizə gedəcəm. Çox sevirəm dənizi. Amma üzə bilmirəm. Gedib hovuzda üzməyi öyrənəcəm.

– Hansı idmandan xoşun gəlir?

– Boksdan.

– Gedirsən boksa?

– Yox, gedəcəm. Dalaşacam uşaqlarla, ağızlarını-burunlarını qıracam. Təpikləyəcəm hamısını.

– Boksda təpik atmaq olmaz axı.

– Nolsun? Mən təpikləyəcəm. Dostlarım məni əsəbiləşdirir həyətdə. Deyirəm ki, oyun oynayaq, amma oynamırlar. Aldadıb gedirlər.

– Böyüyəndə nə olmaq istəyirsən?

– Yanğınsöndürən olacam. Türkiyədə meşə yanmışdı bir dəfə, onu söndürmək istəyirdim. Bir də məhəlləmizdə nəsə partlamışdı, onda yanğınsöndürənlik elədim.

– Nə etmişdin ki?

– Yadımdan çıxıb. Amma nəsə eləmişdim. Vətəni çox sevirəm axı.

– Vətən sənin üçün nədir?

– Vətən anamızdır. Ona görə əsgərliyə getməliyik. Məktəbi qurtaran kimi əsgərliyə gedəcəm.

– Bəs universitetə girməyəcəksən?

– Əşi, yaxşı. Universitetə girərəm birinci, dalınca da əsgərlik.

– Əsgərlikdə nə edirlər ki?

Datatatata. PUBG-dəki kimidir. Planşetə PUBG yükləmirəm amma. Gec yüklənir. Orda paraşütlə tullanırsan yerə. Əsgərlikdə də elədir. Təyyarədən tullanıb düşürsən Şuşaya.

– Necə keçdi müsahibə?

– Gəl gedək cips alaq, sonra deyərəm.

# 3505 dəfə oxunub

Oxşar xəbərlər

Milyonlar necə qazanılır? - Stiv Cobsun heç vaxt üzr istəməməsinin fəlsəfəsi

Milyonlar necə qazanılır? - Stiv Cobsun heç vaxt üzr istəməməsinin fəlsəfəsi

18:20 17 dekabr 2025
Ədəbiyyat Muzeyində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu

Ədəbiyyat Muzeyində Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi qeyd olundu

17:45 17 dekabr 2025
"Məhsəti" filminin rejissoru:  "Hər kəsdən üzr istəyirəm..."

"Məhsəti" filminin rejissoru: "Hər kəsdən üzr istəyirəm..."

16:00 17 dekabr 2025
İlahi və həyati eşqin arasında - "Məsnəvi"yə niyə "folklor ensiklopediyası" deyirlər?

İlahi və həyati eşqin arasında - "Məsnəvi"yə niyə "folklor ensiklopediyası" deyirlər?

15:30 17 dekabr 2025
Yusif Eyvazov "Aida"  operasında çıxış edəcək

Yusif Eyvazov "Aida" operasında çıxış edəcək

13:04 17 dekabr 2025
Ceyms Kemeron “Forbes” tərəfindən milyarder elan edildi

Ceyms Kemeron “Forbes” tərəfindən milyarder elan edildi

13:00 17 dekabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər