2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günüdür

2 Aprel – Beynəlxalq Uşaq Kitabı Günüdür
2 aprel 2024
# 13:30

Uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur.

Kulis.az-ın məlumatına görə, Uşaq Kitabı Gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi vardır. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. Beləliklə, 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən Danimarka yazıçısı, uşaqların sevimlisi Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis olunub.

Y.Lepman 1953-cü ildə uşaq ədəbiyyatı üzrə “Balaca Nobel mükafatı” –H.X.Andersen mükafatının təsis edilməsini də təklif edib. Həmin ildən bu mükafat dünya uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı-rəssama təqdim olunub.

İlk dəfə “Balaca Nobel mükafatı” 1956-cı ildə ingilis nağılçısı E.Fardkona, 1958-ci ildə isə İsveç yazıçısı A.Lindqrene verilib. Sonra E.Keçtner, C.Kryuss, italiyalı C.Rodari də bu mükafata layiq görülüb. Başqa bir mükafat isə son illər nəşr olunan uşaq kitablarının illüstrasiyası və onların dünyanın müxtəlif dillərdə tərcüməsinə görə təqdim edilən Fəxri Diplomdur.

Uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirib. D.Defo və C.Sviftin – böyüklər üçün yazılmış – “Robinzon Kruzo” və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub.

# 3049 dəfə oxunub

Oxşar xəbərlər

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

Emma Stoun və Kris Payn beysbol filmi ilə ekranlara qayıdacaq

18:00 21 sentyabr 2026
Bakı Biznes Mərkəzi  Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi

17:33 21 sentyabr 2026
Avropanın ən böyük “Lego” sərgisi açıldı

Avropanın ən böyük “Lego” sərgisi açıldı

17:30 21 sentyabr 2026
Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

Türkiyəli aktrisa İstanbul aeroportunda saxlanıldı

17:06 21 sentyabr 2026
Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

Cənubi Koreyanın “Oskar” namizədi açıqlandı

17:00 21 sentyabr 2026
Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

Alban-Udi dini icmasının nümayəndələri Gəncəsər Monastır Kompleksini ziyarət etdi

16:57 21 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər