18 yaşlı Elgünü kim öldürüb? - Qatillər niyə hələ də tapılmayıb?

18 yaşlı Elgünü kim öldürüb? - Qatillər niyə hələ də tapılmayıb?
17 may 2025
# 13:01

Kulis.az İlkin Tomarın yazısını təqdim edir.

Qandonduran cinayət hadisəsi mətbuatda yetərincə işıqlandırılmır. Qaranlıq məqamlar çoxdur. Bu və buna bənzər hadisələrin baş vermə səbəbləri çoxşaxəlidir.

Əsas məsələ məktəblərdir. Bu gün məktəblərdə vəziyyət o həddə çatıb ki, müəllimlər yolverilməz hadisələrə çox vaxt göz yumurlar. Burada əsas faktorlardan biri müəllimlərin yetərincə savad və dünya görüşlərinin olmamasıdır. Öz üzərində işləyən müəllimlərin əksəriyyəti isə kurslara və özəl məktəblərə üz tuturlar. Mən ADPU-nin Coğrafiya müəllimliyi fakültəsində təhsil almışam. Qrup və patok yoldaşlarımın əksəriyyəti Coğrafiya müəllimliyi fakültəsində diplom almaq xətrinə təhsil alırdılar. Çoxunun coğrafiya bilikləri orta məktəb şagirdininikdən də aşağı idi. Tələbələrin 90%-i bölgələrdən gələnlər idi. Onları təhsildən çox Bakı və Bakıda necə əylənmək olar sualı maraqlandırırdı. Oxumaq üçün motivasiya demək olar ki, yox idi. İmtahana 1 həftə qalmış suallar tələbəyə verilirdi. Tələbə sualları əzbərləyib imtahandan keçirdi. Mən qrup yoldaşlarımdan 6-7 yaş böyük idim. Bir dəfə onların hamısına xitabən dedim ki, gələcəkdə bilsəm ki, mənim övladıma sizlərdən biri dərs deyir, həmin vaxt məktəbdən çıxararam uşağı. Xətlərinə dəymişdi. İndi həmin tələbə yoldaşlarımdan müəllim işləyənlər barmaqla sayılacaq qədər olsa da var. Onların da işlərindən 2-3 nəfəri pedaqoq kimi yetişib. Digərləri isə sadəcə məcburiyyətindən müəllim işləyir.

Müəllim həm də yol göstərəndir. Bu yaxınlarda bölgələrin birində müəllim işləyən qrup yoldaşım şagirdləri üçün kitab almaq istəyini dedi. Göndərdiyi siyahıya baxanda təəssüf hissi ilə özümdən çıxdım. O kitabları oxuyan şagirddən yaxşı nəsə gözləmək olmaz. Müəllim isə özü kitab üzü açmadığına görə nə kitab tanıyır, nə də müəllif.

Uşaq Kitab sərgilərində şagirdləri ilə gələn müəllimlərin görəndə hər şeyin daha pisə doğru getdiyinə daha da əmin oluram. Müəllim gəlib adlarını yazmadığım yerli detektiv və bayağı ədəbiyyat saydığımız əsərləri soruşur və alır. Bunu da şagird görür və gördüyünü götürür.

Sərgilərin birində müəllimlərdən birinə pedaqogikayla bağlı kitablar tövsiyə etdim. Kitablara baxdı, ağzını büzərək yerinə qoydu və E. E. müəllifli kitabı alıb getdi.

Digər məsələ sosial şəbəkələrdə təbliğ olunanlardır. Bayağı, "oğru dünyası", filan yerin uşağı, "palojeniya", yaxşı oğlan, cayıl və s. Platformaların 90% bundan ibarətdir. Hansısa mövzu ilə bağlı fikir bildirirsən. Cavab olaraq söyülürsən, təhdid olunursan. Onsuz da barmaqla sayılacaq qədər elmi-kütləvi videolar paylaşan yerli kanallarımız və bloqerlərimiz var, onların da üç-dördü mütaliə edir. Qalanları video və baxış xətrinə süni intellekt proqramlarından mövzular tapıb hazırlayırlar. Bir dostum var. Videolarında genetika, təkamül, mikrobilogiya, kvant, astrofizika və digər elmi mövzularla bağlı videolar paylaşır, amma həyatında heç bir elmi məqaləni, kitabı axıra qədər oxumayıb.

Əhməd Əhmədovun törətdiyi cinayətin arxasında hansı amillər var idisə, mənbə nə idisə, bu cinayətdə də eyni şeylərdir əsas təməl. Təhsil, cəmiyyətin savadsızlığı, özündən başqa heç kimi düşünməmək, özbaşınalıq və s.

Novxanıda yeddinci sinif şagirdi bir əlində təsbeh, bir əlində enerji içkisi ilə gəzir.

Hər şeyin təməli fərd yetişdirməkdədir. Törəmə prosesi gedəndə cəmiyyətdə də xaos yaranır, cinayət və özbaşınalıq baş alıb gedir.

İnsan birinci özünə sual verməlidir ki, mən özümü yetişdirə bilmişəm? Mən uşaq sahibi ola bilərəm? Mən cəmiyyət üçün nümunəvi fərd yetişdirmək gücündəyəm? Bunu üçün maddi və mənəvi resurslarım var?

# 2319 dəfə oxunub

Oxşar xəbərlər

İtiniz və ya pişiyiniz qocalanda... - Heyvansevərlərin diqqət yetirməli olduğu əsas məqamlar

İtiniz və ya pişiyiniz qocalanda... - Heyvansevərlərin diqqət yetirməli olduğu əsas məqamlar

12:00 25 yanvar 2026
Nəvəsinin ölümünü əvvəldən bildi, intriqaların qurbanı oldu - Bu gün vəfat edən Məsumə Babayeva kimdir?

Nəvəsinin ölümünü əvvəldən bildi, intriqaların qurbanı oldu - Bu gün vəfat edən Məsumə Babayeva kimdir?

18:40 24 yanvar 2026
Aktrisa Məsumə Babayeva vəfat etdi

Aktrisa Məsumə Babayeva vəfat etdi

18:19 24 yanvar 2026
“Mediada Azərbaycan dili”  mövzusunda növbəti təlim keçirildi

“Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirildi

17:23 24 yanvar 2026
“Xəzər axşamı” adından dələduzluq

“Xəzər axşamı” adından dələduzluq

15:40 24 yanvar 2026
Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... -  Lənətlənmiş dahinin həyatından faktlar

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... - Lənətlənmiş dahinin həyatından faktlar

15:00 24 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər