“Tərəkəmə qadın” filmi çəkilir

“Tərəkəmə qadın” filmi çəkilir
14 iyun 2021
# 10:30

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Ağsu rayonunun Gəgəli kəndi, onun qışlaq və yaylaqlarında “Tərəkəmə qadın” sənədli filminin çəkilişləri davam edir.

Kulis.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən dəstəklənən layihənin əsas məqsədi Azərbaycanın tərəkəmə obalarından birinin məskunlaşması nəticəsində yaranmış Gəgəli kəndində heyvandarlıqla məşğul olan Abidə Mürşüdova adlı yaşlı bir qadının həyat hekayəsini sənədli filmə çevirməkdir.

Ekran əsərinin əvvəlcə kənd və qışlaq kadrları çəkilib. Abidə Mürşüdova və oğlu Cümşüd Mürşüdovun təsərrüfatında olan çəkiliş heyəti indi heyvanların çıxarıldığı Gəgəli yaylaqlarında çəkilişləri davam etdirir. Filmdə təbiətin genişliyi, ənənələrin qədimliyi, ruhların təmizliyi, heyvanların bərəkətliliyi və yetmiş yaşlarında bir qadının xatirələri ön planda verilir. O, keçmişlə bu günü müqayisə edir və ənənələrə yeni izahlar gətirir. İcmasının bir fərdi olan Abidə nənə icmasını dünyaya tanıtmağın yollarını arayır. Film, tərəkəmə həyat tərzinə hermenevtik baxışı, tarixi ənənələrin yaşayan folklor nümunəsi kimi interpretasiyasını təqdim edir.

Son zamanlarda bütün dünyada tərəkəmə həyat tərzinin sənədləşdirilməsi, paylaşılması və turistlərə açılması Azərbaycanda da bu sahəyə və bu həyat tərzinin yeni təqdimatlarda topluma tanıdılması üçün prioritetdir. “Tərəkəmə qadın” sənədli filmi 5 min nəfərlik Gəgəli icmasının ənənələrini, həyat tərzini tanıtmaqla yanaşı, qadın fədakarlığını göstərmək üçün örnək olacaq. Filmin prodüsser və rejissoru Nihad İsa, ssenari müəllifi Arzu Soltan, məsləhətçisi tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.

Ekran əsəri ərsəyə gəldikdən sonra beynəlxalq müsabiqələrə çıxarılması və təqdimatlarının keçirilməsi planlaşdırılır. Təşəbbüsü dəstəkləyən Gəgəli Bələdiyyəsi tərəkəmə həyat tərzinin kənd təsərrüfatı və turizm imkanlarını cəmiyyətə təqdim etməyi planlaşdırır.

# 4179 dəfə oxunub

Oxşar xəbərlər

Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək...  - Vyana türklərdən nələri öyrənmişdi?

Motsartı fəth edən "Mehtər marşı", qəhvə və aypara çörək... - Vyana türklərdən nələri öyrənmişdi?

12:00 17 noyabr 2026
“Rock & Roll Hall of Fame” gecəsində sürprizlər - Əfsanələr eyni səhnədə

“Rock & Roll Hall of Fame” gecəsində sürprizlər - Əfsanələr eyni səhnədə

11:39 17 noyabr 2026
Jerar Depardye qərarını verdi - Cinsi zorakılıq hökmünə etirazdan əl çəkdi

Jerar Depardye qərarını verdi - Cinsi zorakılıq hökmünə etirazdan əl çəkdi

11:06 17 noyabr 2026
“Qremmi”də tarixi nəticə - RAYE Beyonsenin rekordunu təkrarladı

“Qremmi”də tarixi nəticə - RAYE Beyonsenin rekordunu təkrarladı

10:38 17 noyabr 2026
“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

“Ölsəm, məni bir-iki gün saxlayın, birdən dirildim” – Gülşən Qurbanovanın başına nələr gəlmişdi?

10:00 17 noyabr 2026
“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var

“Sözcü” telekanalının binasında əməliyyat - Saxlanılanlar var

09:57 17 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər