“Aşıq Ələsgər – 200” adlı virtual sərgi keçirilib

“Aşıq Ələsgər – 200” adlı virtual sərgi keçirilib
29 aprel 2021
# 15:45

Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhuyla həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib.

Sənətkarın doğma təbiətə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Azərbaycan xalq şeirinin ən böyük nümayəndələrindən və bu şeirin ən uca zirvələrini fəth edən sənətkarlardan olan Aşıq Ələsgər aşıq poeziyasını zənginləşdirib. Həm məzmun, həm forma rəngarəngliyi, həm də saf, duru xalq dilindən istifadə baxımından Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərib. Dövrünün tanınmış görkəmli aşıqlarından dərs alan Aşıq Ələsgər özündən sonra gələn aşıqlara qüvvətli təsir göstərib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü ən gözəl şəkildə büruzə verməkdədir.

Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Aşıq Ələsgər–200” adlı virtual sərgi hazırlanıb.

Milli Kitabxanadan bildirilib ki, virtual sərgidə Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında materiallar, fotolar, müəllifi olduğu, eləcə də haqqında yazılan kitab və məqalələr təqdim olunur.

# 3158 dəfə oxunub

Oxşar xəbərlər

Hidayət Orucov vəfat etdi

Hidayət Orucov vəfat etdi

23:50 13 iyun 2026
Flora Kərimova xəstəxanaya yerləşdirildi

Flora Kərimova xəstəxanaya yerləşdirildi

21:00 13 iyun 2026
"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

"Baharın 17 anı" filminin tanınmış aktyoru vəfat etdi

16:00 13 iyun 2026
Bakıda "Son zəng" - FOTOLAR

Bakıda "Son zəng" - FOTOLAR

13:50 13 iyun 2026
YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

YARAT Müasir İncəsənət Məkanında britaniyalı və bolqar rəssamların sərgiləri açıldı

12:30 13 iyun 2026
Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

Heteronimləri ilə məşhur olan ədib - O, sevdiyi qadına nə məsləhət görmüşdü?

11:30 13 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər