"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri

"Yaşıl quşlar didir röyalarımı..." - Yunan Nobel mükafatçısının şeiri
2 noyabr 2026
# 14:30

Bu gün yunan şair, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Odiseas Elitisin doğum günüdür.

Kulis.az onun "İçərək Korinf günəşini" şeirini təqdim edir.

İçərək Korinf günəşini,

Oxuyub mərmər xarabalıqları,

Üzümlüklər və dənizlər boyu addımlayaraq,

Qarpunun tuşunda nişan alıb

Sürüşüb sovuşan nəzir balığını -

Tapdım günəş zəburunun əzbərlədiyi yarpaqları,

Ehtirasın sevinclə yardığı canlı torpağı.

Su içirəm, meyvə kəsirəm,

Əlimi küləyin yarpaqlarına çəkirəm,

Limon ağacları yay tozcuqlarını sulayır,

Yaşıl quşlar didir röyalarımı.

Bir baxışla aralanıram -

Elə geniş bir baxış ki, içində yenidən yaranır dünya ,

Başlanğıcdan bəri ürəyin boyu qədər gözəl!

İngilis dilindən sətri tərcümə etdi: Aydan Ağayeva

# 125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər