"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar

"Rəylər yer üzündəki ən ucuz məhsullardır..." - Amerikalı yazıçıdan sitatlar
26 oktyabr 2026
# 15:00

Bu gün amerikalı yazıçı Napoleon Hillin doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

Hər bir nailiyyətin başlanğıc nöqtəsi arzudur. Bunu daim yadda saxlayın. Zəif arzu zəif nəticələr doğurur, necə ki kiçik bir ocaq cüzi istilik verir.

***

Ağlın təsəvvür edə və inana bildiyi hər şeyi gerçəkləşdirmək mümkündür.

***

Məğlubiyyətlə üzləşdikdə bunu planlarınızın qüsurlu olduğuna dair bir işarə kimi qəbul edin - həmin planları yenidən qurun və arzuladığınız məqsədə doğru bir daha yelkən açın.

***

Siz öz taleyinizin sahibisiniz. Öz mühitinizə təsir göstərə, onu istiqamətləndirə və idarə edə bilərsiniz. Həyatınızı arzuladığınız formaya salmaq öz əlinizdədir.

***

Əgər böyük işlər görməyə gücünüz çatmırsa, kiçik işləri möhtəşəm şəkildə həyata keçirin.

***

Gözləməyin, münasib vaxt heç vaxt yetişməyəcək. Olduğunuz yerdən başlayın, əlinizin altındakı vasitələrlə işə girişin - irəlilədikcə daha yaxşı imkanlar qarşınıza çıxacaq.

***

Hər kəsin həyatında uğur qazanmazdan əvvəl çoxlu müvəqqəti məğlubiyyətlər və bəlkə də bir sıra uğursuzluqlar olur. İnsan məğlubiyyətə uğrayanda ən asan və ən ağlabatan addım təslim olmaq kimi görünür. Əksəriyyət də məhz belə edir. Bu ölkənin tanıdığı ən uğurlu beş yüzdən çox şəxs bildirmişdir ki, onların ən böyük zəfəri məğlubiyyətə düçar olduqları nöqtədən cəmi bir addım irəlidə baş vermişdir.

***

Zehninizi qəti bir məqsədə yönəldin və görün dünya sizə yol vermək üçün necə sürətlə kənara çəkilir.

***

Uğura aparan yol bilik dalınca fasiləsiz qaçışdan keçir.

***

Arzularınız kifayət qədər güclü olduqda, hədəfə çatmaq üçün sanki fövqəltəbii gücə sahib olursunuz.

***

Hər bir sıxıntı, hər bir uğursuzluq və hər bir ürək ağrısı özündə ona bərabər və ya ondan daha böyük bir faydanın toxumunu daşıyır.

***

Çox sevsəniz inciyə bilərsiniz, lakin az sevsəniz bədbəxtlik içində yaşayarsınız.

***

Xoşbəxtlik sadəcə sahib olmaqda deyil, yaratmaqda və fəaliyyətdə tapılır.

***

Yarı yolda qoyan heç vaxt qalib gəlmir, qalib gələn isə heç vaxt təslim olmur.

***

Yeganə sərhədlərimiz öz düşüncəmizdə qurduğumuz məhdudiyyətlərdir.

***

Hər bir məşəqqət, hər bir büdrəmə və hər bir mənəvi sarsıntı özündə ona bərabər və ya ondan da üstün bir xeyrin toxumunu saxlayır.

***

Təhsilli insan mütləq şəkildə zəngin ümumi və ya ixtisaslaşmış biliyə sahib olan şəxs demək deyil. Təhsilli insan zehni qabiliyyətlərini elə inkişaf etdirmiş şəxsdir ki, başqalarının hüquqlarını pozmadan istədiyi hər şeyi və ya onun bərabərini əldə edə bilir.

***

Rəylər yer üzündəki ən ucuz məhsullardır. Hər kəsin başqasına sırımağa hazır olduğu bütöv bir rəy ehtiyatı var. Əgər qərar qəbul edərkən kənar fikirlərin təsiri altına düşsəniz, heç bir təşəbbüsdə uğur qazana bilməzsiniz.

***

Məqsəd müəyyən bir icra müddəti təyin olunmuş xəyaldır.

***

Başa düşmədiyimiz hər şeyi inkar etməyə meyilliyik.

Rus dilindən tərcümə etdi: Aydan Ağayeva

# 122 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər