Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi

Yunanıstanın ilk Avroviziya təmsilçisi vəfat etdi
30 mart 2026
# 10:40

Məşhur yunan müğənni Marinella 87 yaşında vəfat edib.

"Euronews"un məlumatına görə, sənətçi 2024-cü ilin sentyabr ayında Afinadakı qədim Odeon teatrında səhnədə çıxış edərkən insult keçirmiş, xəstəxanaya yerləşdirilmiş və 4 ay müalicə almışdı. Lakin o, tam sağala bilməmişdi.

1938-ci ildə Salonikidə Kyriaki Papadopoulou adı ilə dünyaya gələn Marinella, yunan xalq musiqisinin ən önəmli və sevilən simalarından birinə çevrilmişdi.

1956-cı ildə başladığı karyerası ərzində 66 solo albom buraxan sənətçi, Mikis Teodorakis, Stavros Xarçakos və Manos Hatzidakis kimi yunan musiqisinin ən məşhur bəstəkarları ilə əməkdaşlıq edib.

Qeyd edək ki, Marinella 1974-cü ildə Yunanıstanı ilk dəfə təmsil edərək “Eurovision” Mahnı Müsabiqəsində iştirak etmişdi.

# 64 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər