Yaşar Nurinin əşyaları oğurlandı

Yaşar Nurinin əşyaları oğurlandı
22 noyabr 2022
# 17:20

Yaşar Nurinin əşyaları bağ evindən oğurlanıb.

Kulis.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı Rəhimə xanım "Səhər mərkəzi" proqramına müsahibə verərkən deyib.:

"O, dünyasını dəyişəndə yarımçıq qalan bağ evimiz var idi. Yaşar müəllimin əşyalarını oraya yerləşdirdik. İki il əvvəl bağ evimizdə oğurluq hadisəsi olub. Onun əşyalarının bir neçəsi oğurlanıb. Elə biliblər qızıldır, götürüblər. Nəfəs aparatını saxlamışam. Həmin otağa daxil olanda təskinlik tapıram".

Yaşar Nurinin dünyasını dəyişdiyi günü xatırlayan Rəhimə xanım "Bizim çağırdılar, getdim ki, həkim ağlayır. Dedim ki, onu girib elə görə bilmərəm, Yaşar həyatımda da canlı qalmalıdır. Onu ölü görsəm, həyat bağlanacaq mənim üçün" sözlərini əlavə edib.

# 1180 dəfə oxunub

Müəllifin son yazıları

# # #