ABŞ-nin Los-Anceles şəhərindəki "Culver Cinema" kinoteatrında "Buqoniya" filminin unikal nümayişi baş tutacaq.
Kulis.az xəbər verir ki, nümayişə yalnız keçəl insanlar və yerində saçlarını kəsdirmək istəyənlər qatıla biləcəklər.
Filmin təqdimatı oktyabrın 20-də saat 20:00-da baş tutacaq və saat 18:00-dan başlayaraq müştərilərin saçlarını qırxmaq üçün bərbər xidməti fəaliyyət göstərəcək.
Qeyd edək ki, Yorqos Lantimosun filmində Emma Ston baş rolu canlandırır.