Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər

Xarici diplomatlar Şuşada Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş büstlərini ziyarət ediblər
11 sentyabr 2026
# 18:03

Diplomatik korpusun nümayəndələri Şuşa şəhərində Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə güllələnmiş büstlərini ziyarət ediblər.

Kulis.az bildirir ki, bu barədə APA-nın Qarabağa ezam olunmuş müxbiri xəbər verir.

Diplomatlara işğal dövründə erməni vandalizminə məruz qalan bu büstlərin talan edilərək Ermənistana aparıldığı və metal qırıntısı kimi əridilməyə cəhd göstərildiyi barədə məlumat verilib.

Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində abidələr Azərbaycana qaytarılıb.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər