Violin ifaçılığı ixtisası üzrə ustad dərsi keçirildi

Violin ifaçılığı ixtisası üzrə ustad dərsi keçirildi
26 may 2022
# 14:20

Mədəniyyət Nazirliyinin 11 aprel 2022-ci il tarixli əmrinə əsasən “Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinin fəaliyyətinin təkmilləşdiriliməsi üzrə Fəaliyyət Planı”na uyğun olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə ustad dərsləri keçirilir.

Kulis.az xəbər verir ki, Bakı şəhəri üzrə uşaq musiqi, incəsənət məktəblərinin şagird və müəllim kollektivinin iştirak etdiyi növbəti ustad dərsini K.Səfərəliyeva adına 16 nömrəli uşaq musiqi məktəbində Əməkdar müəllim İlhamə Ağayeva violin ifaçılığı ixtisası üzrə keçirib. O, şagirdlərlə görüş zamanı onlara öz tövsiyələrini verib və violin musiqi alətində düzgün ifa etməyin sirrini bölüşüb.

Qeyd edək ki, ustad dərslərinin keçirilməsində məqsəd məktəblərdə təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsi, eləcə də müəllimlərə metodiki köməklik göstərilməsidir.

# 1026 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #