Üzeyir Hacıbəyli - 140 - Daşkənd

Üzeyir Hacıbəyli - 140 - Daşkənd
9 iyun 2025
# 13:00

Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və Daşkənddəki Əlişir Nəvai adına Dövlət Akademik Böyük Teatrın birgə təşkilatçılığı ilə böyük Azərbaycan bəstəkarı, musiqişünas-alim, dramaturq və pedaqoq Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə konsert keçirilib.

Kulis.az xəbər verir ki, konsertdə Azərbaycanın incəsənət xadimləri və Özbəkistan musiqiçiləri iştirak ediblər.

Konsertə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov dirijorluq edib.

Musiqi bayramında Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri Nigar Cəfərova, Atəş Qarayev, eləcə də Özbəkistanın Xalq artisti Səməndər Alimov və solist Malikə Normatovanın ifasında “Koroğlu” operasından Nigarın ariyası, “Sevgili canan” romansı, “Arşın mal alan” operettasından Əsgərin ariyası, “Nərgiz” operasından Nərgizin ariyası, “Koroğlu” operasından Koroğlunu ariyası, “Arşın mal alan” operettasından Əsgərlə Gülçöhrənin dueti səslənib.

Bundan başqa konsertdə Müslüm Maqomayevin “Təntənəli marş” əsəri, Soltan Hacıbəyovun “Karvan” simfonik suitası, Fikrət Əmirovun “Azərbaycan kapriççiosu”, Süleyman Yudakovun “Xarəzm bayram yürüşü” və digər əsərlər də ifa olunub.

Musiqi bayramında səfirliyimizin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

# 70 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #