Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anıldı

Uşaq Filarmoniyasında Qara Qarayevin xatirəsi anıldı
5 fevral 2026
# 12:38

Azərbaycan Dövlət Uşaq Filarmoniyasında XX əsr Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, pedaqoq, Azərbaycan və SSRİ Xalq artisti Qara Qarayevin xatirəsinə həsr olunmuş konsert proqramı təqdim olunub.

Kulis.az xəbər ki, bəstəkarın əsərlərini Dövlət Uşaq Filarmoniyasının solistləri, Əməkdar müəllim, professor Gülnarə Acalovanın və beynəlxalq müsabiqələr laureatı Cəmalə Abdinzadənin tələbələri ifa ediblər.

Proqramda bəstəkarın “Yeddi gözəl” və “İldırımlı yollarla” baletlərindən, “İnsan məskən salır” kinofilmindən, “Çar kəndinin heykəli” fortepiano silsiləsi, romansları səslənib.

# 54 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər