“Urban Expo” sərgisində Meksika pavilyonunun açılışı oldu

“Urban Expo” sərgisində Meksika pavilyonunun açılışı oldu
18 may 2026
# 18:12

Meksika Şəhəri Hökuməti Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) “Urban Expo” sərgisində öz pavilyonunun açılışını edib.

APA xəbər verir ki, açılış mərasimində Meksikanın hökumət nümayəndələri, Latın Amerikası və Karib hövzəsi ölkələrinin nümayəndə heyətləri, eləcə də beynəlxalq tərəfdaşları bir yerə toplaşıb.

Pavilyonda dayanıqlı şəhərsalma, ictimai məkanlar, mobillik, inklüzivlik və insan mərkəzli şəhər siyasətləri ilə bağlı təşəbbüs və təcrübələr nümayiş etdirilir, eyni zamanda, region üzrə dialoq və uğurlu təcrübələrin mübadiləsi təşviq olunur.

Pavilyonda Latın Amerikası şəhərlərinin mənzil təminatı, bərabərsizlik və iqlim dəyişikliyi kimi ortaq şəhər problemlərinin həlli, həmçinin WUF14-ə gedən yolda regional əməkdaşlığın gücləndirilməsi perspektivlərinin müzakirə olunması gözlənilir.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər