Türkiyəli aktyordan gözlənilməz addım

Türkiyəli aktyordan gözlənilməz addım
10 sentyabr 2025
# 15:30

Türkiyəli aktyor Ceyhun Mengiroğlu dələduzluqda ittiham olunur.

Kulis.az xəbər verir ki, iddialara görə, Mengiroğlu əvvəlcə müxtəlif banklardan 5 milyon TL (206 min AZN) kredit götürüb. Bununla kifayətlənməyən aktyor “sərmayə qoyacağam” deyərək daha 10 milyon TL məbləğində kreditdən yararlanıb.

O, borcları götürdükdən sonra həyat yoldaşı Sena Mengiroğlu ilə birlikdə dərhal Baliyə qaçıb. Kreditorlar isə Ceyhunla əlaqə saxlaya bilmirlər.

Qeyd edək ki, sənətçi “Teşkilat”, “Yasak elma”, “Rüya”, “Payitaht: Abdülhamid” kimi seriallarda rol alıb.

# 125 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər