Türkiyədə Nəriman Əbdülrəhmanlı haqqında kitab nəşr olunub

Türkiyədə Nəriman Əbdülrəhmanlı haqqında kitab nəşr olunub
6 noyabr 2025
# 17:20

Türkiyədə yazıçı Nəriman Əbdülrəhmanlı haqqında kitab nəşr edilib.

Kulis.az xəbər verir ki, “Paradiqma Akademi Yayınları” nəşriyyatında işıq üzü görmüş monoqrafiyanın müəllifi Kars Kafkas universiteti ədəbiyyat bölümünün müəllimi dr. Afina Barmanbaydır.

Monoqrafiyada yazıçının yaradıcılıq yolu, hekayə, povest və romanları, publisistikası, tərcümələri və kino yaradıcılığı ətraflı araşdırılıb.

Dr. Afina Barmanbayın Qars-Qafqaz Universitetindəki fəaliyyəti Azərbaycan ədəbiyyatının Türkiyədə tanınmasında və Azərbaycan-Türkiyə elmi-ədəbi əlaqələrinin inkişafında önəmli rol oynayır.

Qeyd edək ki, o, “Əhməd Cavad və Türkiyə”, “Azərbaycan romantik ədəbiyyatında Vətən”, “Gürcüstandan Azərbaycana ağız sözlüyü: Borçalı, Qazax, Ağstafa, Tovuz, Geədəbəy, Şəmkir, Gəncə” (V.Sadıqlı ilə birgə), “Borçalı Qarapapaq gələnəyi” monoqrafiyalarının və Azərbaycan ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələrin müəllifidir.

# 88 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər