"The Cube" - Sənət və texnologiyanın vəhdəti İstanbulda

"The Cube" -  Sənət və texnologiyanın vəhdəti İstanbulda
22 noyabr 2025
# 10:25

İstanbulda "CCN Holding"in dəstəyi ilə açılan "The Cube" - rəqəmsal sənəti texnologiya ilə birləşdirən yeni nəsil təcrübə mərkəzi kimi fəaliyyətə başlayıb.

Kulis.az xəbər verir ki, Altunizadədə yerləşən məkanın açılış sərgisi “CONFLUENCE” işıq, səs və hərəkətin qovuşduğu çoxölçülü instalyasiyalarla altı beynəlxalq rəqəmsal sənətçini bir araya gətirir.

Kurator Olqa Vadın hazırladığı sərgi texnologiyanın duyusal təcrübəyə təsirini ön plana çıxarır.

Qeyd edək ki, "The Cube"un hər mövsümdə yenilənən proqramı İstanbulun rəqəmsal sənət xəritəsinə dinamizm qatmaq məqsədi daşıyır.

# 310 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər