Tayvanda komediyaçıya qarşı hücum planı - Çin prezidenti ilə zarafat

Tayvanda komediyaçıya qarşı hücum planı - Çin prezidenti ilə zarafat
23 oktyabr 2026
# 14:30

Tayvanda komediyaçı Huan Yi-haoya qarşı hücum planı ilə bağlı beş nəfərə ittiham irəli sürülüb.

Kulis.az xəbər verir ki, prokurorluğun məlumatına görə, şübhəlilərdən bəzilərinə Çindən “K” adı ilə tanınan şəxs pul vəd edib.

Komediyaçı əvvəllər çıxışlarında Çin lideri Si Cinpinq və Çin Kommunist Partiyası haqqında satirik zarafatlar edib.

İstintaqın versiyasına görə, Huanın gündəlik hərəkətlərini izləmək üçün motosikletinə GPS izləyicisi də yerləşdirilib. Sentyabrın 11-də şübhəlilərin avtomobillə onun motosikletinə çırpıldığı, nəticədə komediyaçının çanaq nahiyəsindən əzildiyi bildirilir.

Tayvan prokurorluğu hadisəni siyasi tənqidi susdurmağa yönəlmiş zorakılıq kimi qiymətləndirir. İddialarla bağlı Çin tərəfi şərh verməyib.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər