Tanınmış aktrisanın baş rolu canlandırdığı film "Qızıl Portağal"da yarışacaq

Tanınmış aktrisanın baş rolu canlandırdığı film "Qızıl Portağal"da yarışacaq
23 oktyabr 2026
# 12:40

Türkiyəli məşhur aktrisa Şifanur Gülün başrolda çıxış etdiyi "Selma" filminin dünya premyerası 63-cü Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalında olacaq.

Kulis.az xəbər verir ki, Emre Kavukun rejissoru və ssenari müəllifi olduğu ekran işi festivalın "Milli Tammetrajlı Film" kateqoriyasında mübarizə aparacaq.

Filmin aktyor heyətində Sumru Yavrucuk, Nilsu Yılmaz və Öykü Güven kimi tanınmış simalar yer alır.

Aktrisa Şifanur Gül film haqqında təəssüratlarını bölüşüb:

""Selma" ağ pərdədə nadir rast gəlinən, tamaşaçının yaddaşında dərin iz qoyacaq çox fərqli hekayəyə malikdir. Türk kinosunun prestijli meydanında yer almaq və ərsəyə gətirdiyimiz bu əsəri tamaşaçılara təqdim etmək hamımızı qürurlandırır", deyə o, bildirib.

Qeyd edək ki, ekran işi oktyabrın 24-dən etibarən festival çərçivəsində münsiflər heyəti və kinosevərlərin mühakiməsinə təqdim olunacaq.

# 304 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər