Şəfiqə Məmmədova birləşmiş kino ittifaqının sədri postuna namizəddir

Şəfiqə Məmmədova birləşmiş kino ittifaqının sədri  postuna namizəddir
21 fevral 2024
# 16:50

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqından birləşmiş kino ittifaqının sədri postuna namizəddir.

Kulis.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq ARKİ-dən məlumat verilib.

"Konfransda sədrlik postuna digər namizədlərin olması istisna deyil", - sorğuya cavabda deyilir.

Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) birləşmiş konfransı 5 mart tarixində keçiriləcək. O hazırda ARKİ-nin sədridir. AKİ-nin namizədi isə hazırda İttifaqın sədri olan Xalq artisti Rasim Balayevdir.

# 627 dəfə oxunub

Müəllifin son yazıları

# # #