Xalq artisti Şahnaz Haşımovanın son vəziyyəti açıqlanıb.
Kulis.az xəbər verir ki, onun nəvəsi Eldar Abdullayev Xalq artistinin bu gün əməliyyat olunduğunu bildirib.
“Şahnaz Haşımovanın bu gün Gəncə Beynəlxalq Xəstəxanasında baş tutan əməliyyatı uğurla bitdi. Hazırda palata şəraitində müalicəsi davam etdirilir”, - deyə o qeyd edib.
Qeyd edək ki, 68 yaşlı Ş.Haşımova səhhətində yaranan problemlərə görə ötən gün xəstəxanaya yerləşdirilmişdi.
Qafqazinfo