Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu
10 oktyabr 2026
# 12:33

Şair, yazıçı Ruzbeh Məmmədin “Tanrının adamları” adlı yeni hekayələr toplusu işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitab “Parlaq imzalar” nəşriyyatında çap olunub.

​Mövzu və süjet xətti baxımından kənd həyatının səmimi, sadə və məsum insanlarının taleyindən ilhamlanaraq yazılan topluda ümumilikdə 12 hekayə yer alıb.

Əsərlərdə insan münasibətlərinin dərinliyi, mənəvi dəyərlər, torpağa və doğma ocağa bağlılıq, eyni zamanda kənd mühitindəki insanların daxili aləmi poetik və kövrək bir dildə oxucuya çatdırılır.

Qeyd edək ki, bu kitab müəllifin poetik yaradıcılıqdan sonra qələmə aldığı ilk nəsr əsəridir. Onun bundan əvvəl “365 gün” və “Gecə saat üçdür və mən səni sevirəm” adlı şeir topluları nəşr edilib.

“Tanrının adamları” kitabı isə şairin nəsr müstəvisindəki ilk uğurlu addımı və oxuculara yeni bədii təqdimatıdır.

# 146 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər