Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır

Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanaları rəqəmsallaşdırılır
28 sentyabr 2026
# 18:00

Milli Kitabxana “Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanalarında müasir kitabxana işinin təşkili: innovativ yanaşmalar və inkişaf perspektivləri” mövzusunda onlayn görüş keçirib.

Kulis.az xəbər verir ki, görüşün keçirilməsində əsas məqsəd Qarabağ və Şərqi Zəngəzur regionlarının kitabxanalarında müasir kitabxana-informasiya xidmətlərinin təşkili və idarə olunması məsələlərinin müzakirə edilməsi, kitabxana fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarından və avtomatlaşdırılmış kitabxana-informasiya sistemlərindən səmərəli istifadənin təmin olunmasıdır.

Həmçinin Koha AKİS-in tətbiqi imkanlarının genişləndirilməsi, elektron kataloq və kitabxana fondlarının idarə edilməsinin avtomatlaşdırılması, oxuculara göstərilən xidmətlərin rəqəmsallaşdırılması, eləcə də mövcud iş təcrübəsinin və gələcək inkişaf perspektivlərinin bölüşdürülməsi olub.

Onlayn görüş zamanı informasiya resurslarının istifadəçilərə daha çevik və əlçatan formada təqdim olunması, ənənəvi kitabxana xidmətlərinin elektron xidmətlərlə tamamlanması və kitabxana proseslərinin avtomatlaşdırılmasının əhəmiyyəti vurğulanıb.

Müzakirələr zamanı kitabxana fəaliyyətinin müxtəlif istiqamətlərinin vahid informasiya mühitində əlaqələndirilməsi, əmək resurslarından daha səmərəli istifadə, kitabxana fondlarının idarə edilməsində rəqəmsal həllərin tətbiqi və istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, onlayn görüşdə bu regionlara daxil olan Ağcabədi, Bərdə, Cəbrayıl, Qubadlı, Zəngilan və digər mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları iştirak ediblər.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər