Bədii qiraət müsabiqəsi elan edilir

Bədii qiraət müsabiqəsi elan edilir
1 oktyabr 2025
# 11:10

Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi ötən il dövlət səviyyəsində geniş qeyd olundu. Müxtəlif səpkili yubiley tədbirləri bu il də davam edir.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi, “Qanun” nəşriyyatı və “MİMTA” yayınlarının tərəfdaşlığı ilə Nəbi Xəzrinin 100 illiyi münasibətilə “Poeziya Xəzrisi” respublika bədii qiraət müsabiqəsi elan edilir.

Müsabiqədə 18-35 yaşarası şəxslər iştirak edə bilərlər. İşlərini təqdim etmək istəyənlər oktyabrın 20-dək müsabiqənin elektron qeydiyyat formasını doldurmaqla müraciət etməlidirlər.

Qeydiyyatdan keçən iştirakçılar Xalq şairi Nəbi Xəzrinin yaradıcılığından yalnız bir şeiri səsləndirərək onu audiovizual formatda “Poeziya Xəzrisi” teleqram kanalına göndərməlidirlər.

Təqdim olunan materialların ilkin seçim mərhələsi onlayn formatda həyata keçiriləcək. Bu mərhələdə uğur qazanan iştirakçılar müsabiqənin ikinci – əyani mərhələsinə dəvət olunacaqlar. İkinci mərhələdə iştirakçılar münsiflər heyəti tərəfindən qiymətləndirilərək qaliblər müəyyənləşdiriləcək.

Qeyd edək ki, qaliblər diplom və hədiyyələrlə təltif olunacaqlar.

# 134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər