Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq

Yeni müsabiqə: Qalib 5000 manat qazanacaq
1 oktyabr 2025
# 11:00

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Sən, ey uşaqlıq” tammetrajlı film ssenarisi müsabiqəsinə start verib. Müsabiqənin məqsədi müasir mövzulu, orijinal və peşəkar ssenarilərin üzə çıxarılmasıdır.

Kulis.az xəbər verir ki, təşkilatçıların bildirdiyinə görə, ssenarilərin əsas qəhrəmanı 15 yaşadək uşaq olmalı, hadisələr isə 2000–2025-ci illərdə baş verməlidir.

Janr məhdudiyyəti qoyulmur, lakin yalnız tammetrajlı bədii film formatında olan işlər qəbul ediləcək. Animasiya, sənədli və qısametrajlı ssenarilər müsabiqəyə buraxılmır.

Şərtlərə görə, ssenarilər ən azı 55 səhifə olmalı, titul vərəqində ssenarinin adı, müəllifin adı-soyadı, elektron ünvanı və telefon nömrəsi göstərilməlidir.

Qəbul ediləcək sənədlər sırasında ssenari (Courier New, 12 şriftlə), sinopsis (maksimum 1,5 səhifə) və müəllif haqqında məlumat (təvəllüd, təhsil, iş yeri, filmoqrafiya varsa) yer almalıdır. Hər müəllif maksimum iki ssenari təqdim edə bilər.

Əvvəlki müsabiqələrin qalibləri olan tammetrajlı ssenarilər yarışmaya qəbul edilməyəcək. Bundan başqa, təqdim olunan işlər yalnız müəllifə məxsus, orijinal və ekranlaşdırılmamış olmalıdır.

Sənədlər 1 oktyabr 2025-ci ildən 1 aprel 2026-cı ilədək həm elektron formada ([email protected] ünvanına “Sən ey uşaqlıq” başlığı ilə), həm də çap variantında (iki nüsxə, Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisi, Bülbül prospekti 30) qəbul ediləcək.

Finalçıların adları 15 iyul 2026-cı ildə, qaliblərin adları isə 2 avqust 2026-cı ildə açıqlanacaq. Birinci, ikinci və üçüncü yerlərin qalibləri müvafiq olaraq 5000, 3500 və 2500 manat pul mükafatı və diplomla təltif olunacaqlar.

# 1590 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

17:00 29 iyul 2026
Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

14:20 29 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:40 29 iyul 2026
Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

13:20 29 iyul 2026
"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

13:00 29 iyul 2026
Cem Yılmazın yeni serialından ilk fotolar

Cem Yılmazın yeni serialından ilk fotolar

12:40 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər