“Parni iz Baku” komandasının baş müəllifi vəfat etdi

“Parni iz Baku” komandasının  baş müəllifi vəfat etdi
24 mart 2026
# 15:50

“Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib.

Axar.az-ın verdiyi məlumata görə, “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov bildirib.

O deyib ki, E.Məmmədov sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, Elnur Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan “Parni iz Baku” KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çilərin yetişməsində müstəsna rol oynayıb.

1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.

Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən il 60 yaşı tamam olan E.Məmmədov illərdir bomj həyatı yaşayırdı və bir çox xəstəlikdən əziyyət çəkirdi. Sadiq dostlarının təkidlərinə baxmayaraq, müalicə olunmaqdan imtina etmişdi.

# 108 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər