“Ölümsüz qəhrəman” sənədli filminin nümayiş etdirildi

“Ölümsüz qəhrəman”  sənədli filminin nümayiş etdirildi
5 avqust 2026
# 11:45

Azərbaycan Kinematoqrafçılar İttifaqında şəhid, “Azərbaycan Bayrağı” ordenli kəşfiyyatçı Adil Rüstəmovun xatirəsinə həsr olunmuş “Ölümsüz qəhrəman” sənədli filminin nümayişi baş tutub.

Kulis.az xəbər verir ki, sənədli filmdə şəhid Adil Rüstəmovun həyat və şərəfli döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar ailə üzvlərinin və döyüş yoldaşlarının xatirələri əsasında işıqlandırılıb.

Ekran əsəri Bakı və Zəngilan şəhərlərində lentə alınıb və “Nova Gorica” Kino Mərkəzində istehsal olunub.

Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatoru Yağmur İbrahimov, bədii rəhbəri Tahir Tahiroviç, icraçı prodüseri Kənan Kərimov, prodüseri isə Aslan Abdullayevdir. Film “Euroclima”nın dəstəyi ilə ərsəyə gəlib.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər