"Od qalar köz olar, qız qalar söz olar..." - Filmləri dillər əzbəri olan görkəmli kinorejissor

"Od qalar köz olar, qız qalar söz olar..." - Filmləri dillər əzbəri olan görkəmli kinorejissor
28 avqust 2025
# 15:31

28 avqust Xalq artisti Vaqif Mustafayevin doğum günüdür.

Kulis.az bu münasibətlə görkəmli kinorejissorun həyatı, yaradıcılığı ilə bağlı maraqlı faktları və "Bəyin oğurlanması" filmindən fraqmenti təqdim edir.

Rejissor, ssenarist Vaqif Behbud oğlu Mustafayev 1953-cü ildə Bakı şəhərində anadan olub.

Əmək fəaliyyətinə 1973-cü ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında başlayıb və bu günə qədər də davam etdirir.

1998-ci ildə Vaqif Mustafayev "Fransız" və "Yerlə göy arasında" filmlərini çəkib.

2004-cü ildə çəkdiyi "Milli bomba" filmi Moskva Beynəlxalq kinofestivalının A kateqoriyalı nominantı olub.

Filmləri bir sıra beynəlxalq festivallarda mükafatlar alıb. Dövlət Mükafatı laureatıdır.

Vaqif Mustafayev yaradıcılığının ilk illərində "Mozalan" kinojurnalı üçün 50-yə yaxın satirik bədii və sənədli süjetlər çəkib.

O, 1985-ci ildə "Bəyin oğurlanması" kinokomediyasını çəkib.

Vaqif Mustafayevin 1988-ci ildə ərsəyə gətirdiyi "Yaramaz" filmi (rus. Мерзавец) 1989- cu ildə Neapol-Sorrento Beynəlxalq kinofestivalında Qran-pri mükafatına – "Vittorio De Sika adina Qızıl Medalı"na, həmçinin Bolqarıstanın Qabrovo şəhərində Beynəlxalq komediya filmləri kinofestivalında "Çarli Çaplinin qızıl əsası" mükafatına layiq görülüb.

1997-ci ildə "Hər şey yaxşılığa doğru" ("Все к лучшему") filmi A kateqoriyalı Oberxauzen (Almaniya) Beynəlxalq kinofestivalında dörd mükafata layiq görülüb.

2018-ci ildə Xocalı faciəsinə həsr olunmuş "Dərdimi çəkirəm" sənədli filmini çəkən Vaqif Mustafayev, 2022-ci ildə "Həyat, deyəsən, gözəldir" (rus. Жизнъ как будто хороша) bədii və "Fikrət Əmirov" bədii-sənədli filmlərini ərsəyə gətirib.

Vaqif Mustafayev Ali Attestasiya Komitəsi tərəfindən professor elmi adına layiq görülüb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində kino rejissorluğundan dərs deyir.

# 240 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər