Nik Keyv 40 il əvvəlki konsertin itmiş görüntülərini yayımladı

Nik Keyv 40 il əvvəlki konsertin  itmiş görüntülərini yayımladı
25 noyabr 2026
# 18:17

Avstraliyalı musiqiçi Nik Keyv və qrupu “Nick Cave & The Bad Seeds” musiqi tarixinin arxivindən nadir görüntüləri üzə çıxarıb.

Kulis.az xəbər verir ki, kollektiv 1986-cı ildə Mançesterdə keçirilmiş konsertin əvvəllər yayımlanmamış videoyazılarını təqdim edib.

Görüntülər VHS kasetinə lentə alınıb və qrupun “Your Funeral… My Trial” albomunun 40 illiyi münasibətilə ictimaiyyətə açılıb.

Arxiv materialları qrupun həmin dövrdəki canlı çıxış atmosferini və səhnə heyətini görmək baxımından xüsusi əhəmiyyət daşıyır. Konsert zamanı Nik Keyvlə yanaşı Mik Harvi, Bliksa Bargeld, Tomas Vidler, Kid Konqo Pauers və Roland Vulf da səhnədə olub. Həmin il kollektiv “Your Funeral… My Trial” albomu ilə yanaşı, “Kicking Against The Pricks” adlı cover albomunu da təqdim etmişdi. Yeni yayımlanan görüntülər musiqiçinin rəsmi saytında yerləşdirilib.

# 63 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər