Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında hazırlanan Balaxan Nəzərlinin "Gəmi batır" adlı monotamaşası Türkiyənin Van şəhərində keçirilən II Van Beynəlxalq Monotamaşalar Festivalında təqdim olunub.
Kulis.az xəbər verir ki, sentyabrın 15-dən 21-dək davam edən festivalda Azərbaycan, Türkiyə və İrandan kollektivlər iştirak ediblər. Tədbirdə teatrın aktyoru və rejissoru Səməd Canbaxşiyev "Ən yaxşı kişi rolu" mükafatına layiq görülüb.
Qeyd edək ki, monotamaşa Naxçıvan Dövlət Milli Dram Teatrında keçirilən monotamaşalar müsabiqəsi üçün hazırlanıb. "Gəmi batır"ın ilk premyerası isə məhz Vanda baş tutub.