“Nəsimi dastanı” baletinin təqdimatı oldu

“Nəsimi dastanı”  baletinin təqdimatı oldu
25 sentyabr 2025
# 10:40

Sentyabrın 24-də Şamaxıdakı Nəsimi Bağları Kompleksində davam edən 3-cü Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalında bədii proqram və “Nəsimi dastanı” baletinin yeni quruluşda təqdimatı olub.

Kulis.az xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Nəsiminin Azərbaycan ədəbiyyatının və mədəniyyətinin inkişafında xüsusi rol oynadığını bildirib.

Xatırladaq ki, Fikrət Əmirovun Nəsimiyə həsr etdiyi “Nəsimi dastanı” 1973-cü ildə yazılıb. Librettonun müəllifi yazıçı Anardır.

Qeyd edək ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ICESCO-nun tərəfdaşlığı ilə keçirilən Nəsimi - şeir, mənəviyyat və incəsənət festivalı Şərqin dahi şair və mütəfəkkirlərindən biri olmuş İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr edilərək şeir və incəsənətin yaşadılması məqsədi daşıyır.

# 1209 dəfə oxunub

Oxşar xəbərlər

Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi

Qəbələdə XV Beynəlxalq Musiqi festivalının növbəti konsert proqramı keçirildi

18:53 30 iyul 2026
Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi

Xanəndə Aqil Məlikov xəstəxanaya yerləşdirildi

18:04 30 iyul 2026
Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı

Həyatımın ən məsum illərini qoyub getdiyim məkan - Aidə Ramizqızı

16:50 30 iyul 2026
“GabalaFest”də Vyetnam musiqisi

“GabalaFest”də Vyetnam musiqisi

16:13 30 iyul 2026
Bəşəri analıq hissi - Henri Murun məşhur heykəli nəyi anladır?

Bəşəri analıq hissi - Henri Murun məşhur heykəli nəyi anladır?

15:50 30 iyul 2026
"Sevgidə nə qədər eqoistlik var imiş..." - Emili Brontenin "Tufanlı yoxuşlar"ından bir hissə

"Sevgidə nə qədər eqoistlik var imiş..." - Emili Brontenin "Tufanlı yoxuşlar"ından bir hissə

15:30 30 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər