Məşhur rəssamın tabloları rekord məbləğə satıldı

Məşhur rəssamın tabloları rekord məbləğə satıldı
13 noyabr 2025
# 09:40

Məşhur amerikalı rəssam Bob Rossun üç tablosu Los-Ancelesdə keçirilən auksionda 600 min dollardan çox məbləğə satılıb.

Kulis.az xəbər verir ki, satışdan əldə olunan gəlir ABŞ-da büdcə ixtisarlarından zərər görən ictimai televiziyalara yönəldiləcək.

Rossun “The Joy of Painting” verilişində çəkdiyi “Winter’s Peace”, “Home in the Valley” və “Cliffside” əsərləri ilkin dəyərindən bir neçə dəfə baha qiymətə alıcı tapıb.

"Bob Ross Inc."in prezidenti Joan Kovalski, bu satışların rəssamın sənət irsini və tədris ruhunu yaşatmaq məqsədi daşıdığını bildirib.

Qeyd edək ki, ölümündən onilliklər keçsə də, Rossun əsərlərinə maraq azalmır.

# 69 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər