Məşhur amerikalı reper və prodüser Pi Diddinin (Şon Kombs) həbs müddəti uzadılıb.
Kulis.az xəbər verir ki, "Page Six" nəşrinin məlumatına görə, onun azadlığa buraxılması 8 may 2028-ci ildən 4 iyun 2028-ci ilə təxirə salınıb.
Tarixin dəyişdirilməsinin səbəbi açıqlanmasa da, bu qərarın reperin həbsxana qaydalarını pozması ilə bağlı olduğu bildirilir.
Qeyd edək ki, Pi Diddi hazırda Fort-Diks həbsxanasında ibadət zalında işləyir və narkomaniya ilə mübarizə proqramında iştirak edir.