Məşhur aktyorun mükafatı ləğv olundu

Məşhur aktyorun mükafatı ləğv olundu
1 aprel 2022
# 12:40

“Qızıl moruq” mükafatının təşkilatçıları Brüs Uillisə verilən “2021-ci ilin ən pis Brüs Uillis filmi” mükafatını ləğv ediblər.

Kulis.az APA-ya istinadla xəbər verir ki, buna səbəb aktyorun ağır xəstəliyi ilə bağlı ailəsinin son açıqlaması olub.

Qeyd edək ki, bir müddət öncə aktyorun həyat yoldaşı Emma Heminq Uillis ərinin nitq pozğunluğu ilə nəticələnən xəstəliyi səbəbindən karyerasını bitirdiyini açıqlamışdı.

# 1227 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #