Rusiyanın Əməkdar artisti Dmitri Tverdoxlebov 74 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə Moskva Operetta Teatrı öz teleqram kanalında məlumat yayıb.
Bildirilir ki, sənətçi martın 16-da dünyasını dəyişib. Teatrın kollektivi mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verib.
Qeyd edək ki, 13 iyul 1951-ci ildə Qorki şəhərində anadan olan Dmitri Tverdoxlebov hələ GİTİS-in (Rusiya Teatr Sənəti İnstitutu) sonuncu kurs tələbəsi olarkən Moskva Operetta Teatrının truppasına dəvət edilib. 1974-cü ildə ali təhsilini başa vurduqdan sonra o, uzun illər bu teatrın aparıcı solisti və aktyoru kimi fəaliyyət göstərib..