Amerikalı aktyor Malkolm-Camal Varner Kosta Rikada istirahət zamanı boğularaq dünyasını dəyişib.
Kulis.az xəbər verir ki, 54 yaşlı aktyor sahil bölgəsində üzərkən güclü axına düşüb və sudan huşsuz vəziyyətdə çıxarılıb. Yerindəcə müdaxilə olunsa da, aktyorun həyatını xilas etmək mümkün olmayıb.
Varner “Sons of Anarchy”, “Suits”, “Jeremiah” kimi tanınmış seriallarda da rol alıb.
Qeyd edək ki, Malkolm-Camal Varnerin 2017-ci ildə qurduğu evlilikdən 8 yaşında bir qız övladı var.