“Melodiya” Vaqif Mustafazadənin caz albomunun rəqəmsal versiyasını buraxdı

Vaqif Mustafazadə, cazmen

Vaqif Mustafazadə, cazmen

6 iyul 2026
# 18:31

Rusiyanın “Melodiya” firması Azərbaycan bəstəkarı və pianoçusu Vaqif Mustafazadənin ilk dəfə 1975-ci ildə buraxılan caz albomunun rəqəmsal versiyasını təqdim edib.

Kulis.az xəbər verir ki, bu barədə “Melodiya” səsyazma şirkəti məlumat yayıb..

Məlumatda qeyd olunur ki, Vaqif Mustafazadə Amerika caz ənənələrini qədim muğam melodiyaları ilə mükəmməl şəkildə birləşdirib və Azərbaycan cazının banisi hesab olunur.

“Sevil” adlanan albomda Bakı və Xəzər dənizinə həsr olunmuş əsərlər yer alır. Mərkəzi kompozisiya olan “Sevil” musiqiçinin özünün rəhbərlik etdiyi Azərbaycan Televiziya və Radiosunun eyniadlı vokal və instrumental ansamblına həsr olunub.

Şirkət həmçinin qeyd edib ki, amerikalı musiqi tənqidçisi Uitni Balliet Vaqif Mustafazadəni caz tarixində “ən lirik pianoçu” adlandırıb. İsveçli musiqiçi Benqt Yohansson isə onun musiqisini “Min bir gecə” nağılları ilə müqayisə edib.

# 58 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər