Masallıda antik dövrə aid küp tapıldı

Masallıda antik dövrə aid küp  tapıldı
23 sentyabr 2025
# 13:50

Masallı rayonunun Eminli kəndi ərazisində xilasetmə tədbirləri nəticəsində antik dövrə aid küp məzar tapılıb və tədqiq edilib.

Kulis.az xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, institutun aparıcı elmi işçiləri, dosent Anar Ağalarzadə və Dmitriy Kiriçenkonun apardığı qazıntılar zamanı üzə çıxıb. Bu maraqlı dəfn abidəsi düzən sahədə 40 sm dərinlikdən tapılıb.

Qeyd edək ki, küpün içərisindən çoxlu sayda müxtəlif tipli və ölçülü muncuqlar və skeletin qulağında bir cüt, üzərində qaynaqlama üsulunda üzüm təsviri formasında hazırlanmış qızıl sırğalar tapılıb.

# 93 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər