Klod Monenin tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı

Klod Monenin  tablosu Parisdə rekord qiymətə hərraca çıxarıldı
22 oktyabr 2026
# 18:30

Fransız rəssam Klod Monenin “İrislər” əsəri oktyabrın 22-də Parisdə satışa çıxarılıb.

Kulis.az xəbər verir ki, əsərin ilkin qiyməti komissiya xərcləri daxil olmaqla 22–30 milyon avro arasında qiymətləndirilir.

Bu, Fransada hərraca çıxarılan bir sənət əsəri üçün indiyədək müəyyən edilmiş ən yüksək ilkin qiymətdir.

Rəsm ilk dəfə ictimaiyyətə təqdim olunur.

1924–1925-ci illərdə, ömrünün son illərində çəkilmiş tablo Monenin Jiverni bağındakı süsən çiçəklərini təsvir edir.

İncəsənət tarixçisi və impressionizm üzrə mütəxəssis, Marmottan-Mone Muzeyinin keçmiş direktoru Marian Matyenin sözlərinə görə, əsər rəng və boya qatlarının özünəməxsus işlənməsi ilə seçilir.

# 162 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər