"Kuruluş Osman"da növbəti ayrılıq

"Kuruluş Osman"da növbəti ayrılıq
29 iyul 2025
# 14:00

"Kuruluş Osman"da Fatma Hatun obrazını canlandıran aktrisa Leya Kırşan serialın 7-ci mövsümündə yer almayacaq.

Kulis.az xəbər verir ki, Leylanın son çəkilişlərdə görülməməsi onun serialdan ayrılması iddialarını təsdiqləyib.

Aktrisa 131-ci seriyadan bəri ekran əsərində rol alırdı. Bundan əvvəl o, "Tozqoparan", "Paytaxt Abdulhamit", "Evə dönüş" və bir sıra başqa seriallarda çıxış edib.

Qeyd edək ki, qonorarla bağlı narazılığa görə Osman bəyi canlandıran Burak Özçivit də sözügedən layihədən ayrılmışdı.

# 180 dəfə oxunub

Müəllifin son yazıları

# # #