Kraliçaya məxsus geyimlər Bukinqem Sarayında sərgilənəcək

Kraliçaya məxsus geyimlər Bukinqem Sarayında sərgilənəcək
22 iyul 2025
# 14:00

Kraliça II Elizabetə məxsus geyimlər Bukinqem Sarayında sərgilənəcək.

Kulis.az xəbər verir ki, “Queen Elizabeth II: Her Life in Style” adlı sərgidə kraliçanın uşaqlıq dövründən taxtda olduğu illər ərzində istifadə etdiyi, təxminən, 200 əşya yer alacaq.

Onların arasında paltarlar, papaqlar, ayaqqabılar və zinət əşyaları da var.

Sərgi kraliçanın yüzilliyinə təsadüf edəcək. Bu əşyalar arasında ən diqqətçəkəni isə Norman Hartnell tərəfindən 1947-ci ildə hazırlanmış gəlinlikdir.

Qeyd edək ki, kraliça 2022-ci ildə 96 yaşında vəfat edib. Bundan sonra onun şəxsi geyim arxivi Kral Kolleksiyası Fondu tərəfindən qorunur və onlar, həmçinin sərginin təşkilatçısıdır. Sərgi gələn ilin yazında Bukinqem Sarayının Kral Qalereyasında açılacaq.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

# # #