Kəmalə Abıyeva ilə görüş keçirildi

Kəmalə Abıyeva ilə görüş keçirildi
13 aprel 2026
# 16:55

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şair, publisist Kəmalə Abiyeva ilə görüş keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə şəhid ailələri,qazilər,şair, publisist Aysel Əlizadə, şəhid Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Elmi Cəmiyyəti və tələbələri, Cahangir Cahangirov adına xorun solistləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mərkəzi Kitabxananın direktoru Jalə Əliyeva giriş sözü ilə tədbiri açaraq qonaqları salamlayıb.

Tədbir zamanı şairin yaradıcılığı haqqında çıxışlar edilib, şeirləri səsləndirilib,həmçinin sözlərinə bəstələnmiş mahnılar ifa edilib.

"Məktəb illəri", "Yağış", "Bakı haqqında nağıl", "Bu dünyanı nağıl bilək" və başqa sevilən nəğmələrin söz müəllifi olan Kəmalə Abiyeva iştirakçıların suallarını cavablandırıb, maraqlı görüş üçün hər kəsə öz minnətdarlığını bildirib.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər