"İstanbul Saat Festivalı" keçirildi

"İstanbul Saat Festivalı"  keçirildi
15 oktyabr 2026
# 11:30

Türkiyədə saat mədəniyyətinə həsr olunmuş ilk tədbir sayılan "İstanbul Saat Festivalı" oktyabrın 10–11-də "Türk Saat Klubu"nun təşkilatçılığı ilə baş tutub.

Kulis.az xəbər verir ki, festival 20-dən çox beynəlxalq və yerli saat brendini, kolleksiyaçıları, sahə mütəxəssislərini bir araya gətirib.

İki günlük proqram çərçivəsində avtomatik mexanizm emalatxanaları, Yapon saatçılığı tarixi, mikro-indeks rəngləmə texnikaları və saat-stil əlaqələrinə dair seminar və təlimlər təşkil olunub.

Tədbir zamanı Macar rəssam Tamaş Feher canlı saat eskizləri çəkib.

Festival 10 Oktyabr Ümumdünya Saatçılıq Günü münasibəti ilə keçirilən xüsusi ziyafətlə davam edib.

Qeyd edək ki, gecədə "Elif Çağlar Quartet" caz qrupu səhnə alıb.

# 81 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər