Məşhur italyan konseptual sənətçisi Maurisio Kattelanın banandan ibarət “Komediyaçı” əsəri növbəti dəfə ziyarətçinin "iştahasına" tuş gəlib.
Kulis.az xəbər verir ki, hadisə Fransanın şərqində yerləşən "Centre Pompidou-Metz" muzeyində baş verib.
Mühafizəçilər insidentə cəld və sakit şəkildə müdaxilə ediblər.
Muzeyin açıqlamasında bildirilib ki, banan bir neçə dəqiqə sonra yenidən yerinə yapışdırılıb.
Qeyd edək ki, “Komediyaçı” əsəri 2019-cu ildə Art Basel Miami sərgisində ilk dəfə təqdim olunub və 120 min dollara satılıb.