“Hörümçək adam" seriyasının növbəti filmi gəlir

“Hörümçək adam" seriyasının növbəti filmi gəlir
5 avqust 2025
# 12:40

Tom Hollandın baş rolda çəkildiyi “Hörümçək adam” seriyasının dördüncü filmi “Yepyeni bir gün” adlanır və çəkilişləri Şotlandiya Qlazqo şəhərində davam edir.

Kulis.az xəbər verir ki, filmin ssenarisi Kris Makkonna və Erik Sommers tərəfindən yazılıb və Peter Parkerin sıfırdan başladığı yeni həyat dövrünü əhatə edir.

Tom Holland çəkiliş meydançasından "Hörümçək adam" kostyumunda ilk fotoları paylaşıb. Filmin premyerası 31 iyul 2026-cı il tarixində olacaq.

Qeyd edək ki, aktyor heyətində Zendaya, Ceykob Batalon, Mark Ruffalo və Sadi Sink kimi məşhurlar yer alır.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər