Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin... - Volterdən aforizmlər
30 may 2026
# 17:00

Bu gün XVIII əsr Fransa maarifçilərinin görkəmli nümayəndəsi, şair, publisist, tarixçi Volterin ( Fransua-Mari Arue) doğum günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.


Axıra kimi danışmaq darıxdırmağın ən düzgün üsuludur.

Ağıl mənə Allahın mövcud olduğunu deyir. Bununla yanaşı, ağıl mənə bunun nə olduğunu heç vaxt bilməyəcəyimi də deyir.

Azadlığı və həqiqəti sevməyən adam güclü ola bilər, amma heç vaxt böyük adam ola bilməz.

Başqasının fikrini oğurlamaq pul oğurlamaqdan da ağır cinayətdir.

Biz heç vaxt yaşamırıq, biz yalnız ümid edirik ki, yaşayacağıq.

Böyük insanlar haqqında onun böyük əməllərinə əsasən deyil, buraxdıqları səhvlərə əsasən fikir yürüdürlər.

Bütün ziddiyyətlər qadın ürəyində cəmləşir.

Ciddi olmaq gözəldir — lakin biganə olmaq lazım deyil.

Darıxdırıcı janrdan başqa bütün janrlar gözəldir.

Dövləti xilas etmək üçün böyük bir insanın olması kifayətdir.

Eşq bütün ehtirasların ən güclüsüdür, çünki o, eyni zamanda başı, ürəyi və bədəni zəbt edir.

Ən gözəl fikir də pis ifadə edildikdə qiymətini itirir.

Filosoflar üçün metafizik sistemlər qadınlar üçün roman kimi bir şeydir.

Fransızlar tez danışır, ləng hərəkət edirlər.

Həqiqəti axtaranlara dəyər verin, onu tapanlardan isə çəkinin.

Hər yeni istək yeni bir kədər üçün başlanğıcdır.

Xilas olmaq üçün başqalarının köməyini gözləyən insanlar yalnız kölələrdir.

İnsanlar yeməyə çörək və yatmağa yer tapan kimi düşünməkdən qaçırlar.

Kiçik çaylar dayaz olduqlarına görə şəffaf olurlar.

Kişinin bütün mühakimələri qadının bir hissinə dəyməz.

Mən gözəl və üzüyola qadınların dəlisiyəm.

Mövhumatı ələ salıb gülməkdən qorxmayın. Mən mövhumatı öldürmək üçün ona gülməkdən yaxşı üsul bilmirəm. Gülməli, gülünc şey təhlükəli ola bilməz.

Rəqabət — dahilik üçün qidadır.

Yaxşı kitabı ilk dəfə oxuyanda bizə elə gəlir ki, yeni dost qazanmışıq. Həmin kitabı təkrar oxumaq köhnə dostu yenidən görməkdir.

Yeni yolla gedən insanın zəkasından nadir heç nə yoxdur.

Yoxsulluq yox, ona nifrət dözülməzdir. Mən heç nəsiz keçinə bilərəm, amma mən istəmirəm ki, bu haqda bilsinlər.

# 87 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər