Bir müddətdir infeksiya səbəbindən xəstəxanada müalicə alan məşhur türk teatr aktyoru Haldun Dormenin vəziyyəti ilə bağlı yeni məlumat açıqlanıb.
Kulis.az xəbər verir ki, aktyorun oğlu Ömər Dormen atasının reanimasiya şöbəsində müalicəsinin davam etdiyini və süni tənəffüs aparatına qoşulduğunu bildirib.
O, atasının bu mərhələni də geridə qoyacağına inandığını və yaxın günlərdə sevindirici xəbərlər paylaşmağı ümid etdiklərini qeyd edib.
Qeyd edək ki, 97 yaşlı Haldun Dormen yanvarın 5-dən etibarən reanimasiya şöbəsində müalicə olunur.