Britaniyanın məşhur “Glastonbury” musiqi festivalının 2027-ci il proqramında səhnəyə çıxacaq əsas ifaçıların adları açıqlanıb.
Kulis.az xəbər verir ki, gələn ilin əsas səhnəsində Harri Stayls, Billi Ayliş və Sem Fender çıxış edəcəklər.
Festivalın ənənəvi “əfsanələr” proqramında isə 81 yaşlı Şer yer alacaq. Bu, onun tədbirdə ilk çıxışı olacaq.
“Glastonbury” 2026-cı ildə ənənəvi fasilə ilinə görə keçirilməmişdi və festival gələn ilin iyununda yenidən minlərlə musiqisevəri bir araya gətirəcək. Proqramda “Massive Attack”, “Chase & Status”, “The xx” və Lili Allen kimi ifaçılar da var. Təşkilatçıların açıqlamasına görə, biletlər əsas iştirakçıların adları elan edilməmişdən əvvəl satışa çıxarılıb və cəmi 42 dəqiqəyə tükənib.
Festival 1970-ci ildən bəri keçirilir və hər il dünyanın müxtəlif ölkələrindən yüz minlərlə insanı İngiltərəyə cəlb edir.