Aktrisa Cin Smart "Hacks" serialındakı Debora Vans roluna görə komediya nominasiyasında "Ən yaxşı aktrisa" "Emmi" mükafatını qazanıb.
Kulis.az xəbər verir ki, serialın 5-ci və final mövsümündə də qalib gələn sənətçi ümumilikdə 8-ci Emmi mükafatına sahib olub.
Bu nəticə ilə Smart aktrisalıq kateqoriyasında ən çox Emmi qazanan Kloris Liçmen və Culiya Luis-Dreyfusla eyni pilləyə yüksəlib.
Qeyd edək ki, daha əvvəl "Frasier" və "Samantha Who?" layihələri ilə də mükafat qazanan sənətçi bu mövsüm Kinta Branson və Ayo Edebiri kimi güclü raqiblərini geridə qoyub.
“Emmi”də “Ən yaxşı aktrisa” bəlli oldu